“Ankaragücü” klubunun prezidenti Faruk Koca saxlanılıb.
Apasport.az xəbər verir ki, matçın baş hakimi Halil Umut Meleri yumruqla vuran klub rəhbəri hadisədən sonra halı pisləşdiyi üçün xəstəxanaya aparılmışdı.
Həkim nəzarətində izahatı alınan klub prezidenti daha sonra məhkəməyə sövq edilib. Artıq hadisədə iştirak edən 6 nəfərin polis nəzarətində olduğu bildirilir.
Qeyd edək ki, Türkiyə Superliqasının dünən axşam oynanılan “Ankaragücü” - “Rizəspor” (1:1) matçından sonra qarşılaşmanın baş hakimi Halil Umut Meler ev sahibi komandanın prezidenti Faruk Kocanın hücumuna məruz qalıb. Prezidentin yumruqla vurduğu referi yerə yıxılıb. Bu zaman ətrafdakılar hakimi yerdə təpikləməyə başlayıblar.
- III MDB Oyunlarına 3000-ə yaxın könüllünün cəlb olunması gözlənilir
- Neymar yeni klubunu açıqladı - Braziliyada çıxış edəcək
- İki futbolçu Türkiyə millisinin heyətindən kənarlaşdırılıb
- Türkiyə klubu Azərbaycan millisinin futbolçusunu istəyir
- “Araz-Naxçıvan” müdafiə xəttini yeni futbolçu ilə gücləndirib