Antonio Nusa fərqləndi - Matçın oyunçusu seçildi
30.06.2026 - 23:36
Norveç millisinin futbolçusu Antonio Nusa fərdi mükafata layiq görülüb.
Apasport.az xəbər verir ki, FIFA onu DÇ-2026-nın 1/16 finalında Fil Dişi Sahili ilə keçirilən görüşün ən yaxşı futbolçusu seçib.
Nusa qarşılaşmada 1 qol vurub və matçı 8,1 reytinq balı ilə başa vurub.
Qeyd edək ki, Norveç Fil Dişi Sahilini 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Komanda növbəti mərhələdə Braziliya ilə qarşılaşacaq.
0
0