“Arsenal” Argentina millisinin üzvünü istəyir
28.05.2025 - 00:56
İngiltərə Premyer Liqası təmsilçilərindən "Arsenal" yayda hücum xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, "topçular" "Atletiko Madrid"in hücumçusu Yulian Alvarezlə maraqlanır.
Bu barədə "Marca" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, London klubu futbolçu üçün 80 milyon avronu gözdən çıxarıb.
Xatırladaq ki, "Atletiko" 25 yaşlı forvardı ötən ilin yayında "Mançester Siti"dən 75 milyon avroya transfer etmişdi.
Argentina millisinin üzvü bu mövsüm komandasının heyətində meydana çıxdığı 54 rəsmi matçda 29 qol, 7 assistlə yadda qalıb.
- Region cüdoçuları üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək
- Türkiyə millisinin oyunu fransızlara həvalə olunub
- Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ
- “Qarabağ” “40”a çatdı: Rekorda üç addım qaldı
- "Neftçi" və "Qarabağ"ın sabiq futbolçuları bir komandada
0
0