"Arsenal" Şeşko transferində israrlıdır
02.03.2025 - 16:21
"Arsenal" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klubun yay transfer pəncərəsi üçün əsas hədəfi bəlli olub.
Londonlular "Leyptsiq"in hücumçusu Benjamin Şeşko ilə maraqlanır.
21 yaşlı futbolçu İngiltərə təmsilçisinə keçməyə müsbət yanaşır. Almaniya klubu forvardı üçün 55 milyon funt-sterlinq (67 milyon avro) tələb edir.
Qeyd edək ki, Şeşko bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 17 qol vurub və 5 məhsuldar ötürmə verib.
- “Neftçi”dən minimalhesablı qələbə, “Araz” - “Sumqayıt” matçında 7 qol
- "Qarabağ" və "Şkendiya"nın baş məşqçiləri jurnalistlər qarşısına çıxacaq
- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Kerem Aktürkoğlunun qolu "həftənin ən yaxşısı"na namizəddir
- Fərid Qayıbov: "İnanıram ki, AFFA baş məşqçi postuna uğurlu seçim edəcək"
0
0