"Arsenal"ın müdafiəçisi məşqlərə başladı
29.02.2024 - 09:33

"Arsenal"ın müdafiəçisi Jurrien Timber zədəsini sağaldıb.
Apasport.az xəbər verir ki, 22 yaşlı futbolçu komanda ilə məşqlərə çıxmağa başlayıb.
Həkimlərin nəzarəti altında intensiv məşqlərini davam etdirən oyunçunun qarşıdakı matçlarda iştirakı gözlənilir. Verilən məlumatda niderlandlı arxa xətt oyunçusunun "Brentford"la matçda meydana çıxmağa hazır olacağı bildirilir.
Qeyd edək ki, Timber avqustda Premyer Liqanın 1-ci turunda ağır zədə almışdı.
- “Neftçi”nin baş məşqçisi Kasiusla evlənir
- Kavanidən “Borussiya”ya tələb
- Yusif Nəbiyev: "Yığmanın bu durumunda bütün azərbaycanlı futbolçuların günahı var"
- Adrian Skarlatake: "Bu, FKSB ilə matçdan öncə “Qarabağ” üçün böyük itkidir"
- Qarüstü polo komandamız İsveçrədə keçirilən Dünya Kubokunda ikinci yeri tutub
0
0