Madrid "Real"ının yarımmüdafiəçisi Marko Asensio klubda qalmaq istədiyini açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, mövsümün sonunda klubla müqaviləsi bitəcək futbolçu İngiltərə və İtaliya komandalarından aldığı təklifi dəyərləndirməyəcəyini deyib.
“Kral klubu”nda çıxış etməkdən xoşbəxt olduğunu deyən 27 yaşlı Asensio Madriddə qalacağını bildirib.
2016-cı ilin yayından “Real”ın şərəfini qoruyan oyunçu ilə klub arasında müqavilənin artırılması ilə bağlı danışıqlar davam edir. Tərəflər yeni razılaşmanı hələlik rəsmiləşdirməyiblər.
Qeyd edək ki, davam edən mövsümdə 42 matçda iştirak edən Asensio 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Liverpul" Kloppun yerinə başqa alman məşqçi təyin edə bilər
- Sərbəst güləşçilərimiz həlledici görüşlərdə ermənilərlə üz-üzə
- “Reyncers”in yeni baş məşqçisi bəlli oldu
- “Heydər Əliyev Kuboku-2024” turnirinin açılış mərasimi baş tutub
- AAAF-ın baş katibi: "Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət var"