"Atletiko Madrid"in müdafiəçisi "Barselona"nın radarındadır
29.02.2024 - 12:59
"Atletiko"nun mərkəz müdafiəçisi Mario Hermoso hələ də "Barselona"nın radarındadır.
Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi təcrübəli ispaniyalını azad agent kimi transfer etmək istəyir.
Hermosonun Madrid klubu ilə müqaviləsi yayda başa çatır. “Atletiko” hələ də futbolçu ilə yeni müqavilə imzalamaqdan uzaqdır. Mario artıq karyerasını davam etdirmək üçün başqa variantları, o cümlədən "Barselona"nı nəzərdən keçirir.
28 yaşlı Hermoso 2019-cu ilin yayında digər Kataloniya klubu "Espanyol"dan "Atletiko Madrid"ə keçib.
- Gimnastlarımız Bakıdakı beynəlxalq turniri altı medalla başa vurublar
- Azərbaycan Premyer Liqasında yeni mövsümün başlama tarixi açıqlandı
- Anier: “Səbirsizliklə Azərbaycanla oyunu gözləyirik”
- 335 milyon avroluq komanda AVRO-2024-dən kənarda
- Qurban Qurbanov: "Futbolçulara psixoloji olaraq hazırlaşmağı məsləhət görmüşəm"
0
0