"Atletiko"nun müdafiəçisi "İnter" və "Barselona" ilə oyunları buraxacaq
08.03.2024 - 15:48
!["Atletiko"nun müdafiəçisi "İnter" və "Barselona" ilə oyunları buraxacaq](https://apasport.az/storage/news/2024/march/08/big/65eadce92b42c65eadce92b42d170989079365eadce92b42965eadce92b42b.jpg)
"Atletiko Madrid"in mərkəz müdafiəçisi Xose Ximenez qarşıdakı vacib matçlarda komandasına kömək etməyəcək.
Apasport.az "Marca"ya istinadla xəbər verir ki, 29 yaşlı mərkəz müdafiəçisi yaxın vaxtlarda meydana qayıtmayacaq.
Uruqvaylı futbolçu martın 13-də "İnter", 17-də isə "Barselona" ilə matçı buraxacaq.
Qeyd edək ki, futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin “İnter”lə ilk oyununda (0:1) əvəzlənib və əzələ problemlərinə görə “Almeriya”, “Atletik” və “Betis”lə oyunları buraxıb.
0
0