"Başakşehir" "Roma"nın hücumçusunu istəyir
15.06.2025 - 11:52

"Roma"da ayrılıq yaşanmağa yaxındır.
Apasport.az xəbər verir ki, klub Artyom Dovbiklə vidalaşacaq.
O, karyerasını Türkiyədə davam etdirə bilər.
Hücumçu ilə "Başakşehir" yaxından maraqlanır. Tərəflər arasında danışıqlar prosesinin başladığı bildirilir. Transfer alınmasa, İstanbul təmsilçisi futbolçunu icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, Dovbikin “Roma” ilə müqavilə müddəti 2029-cu ilin yayına qədərdir.
0
0