Avropa federasiyaları UEFA-ya qarşı
27.09.2023 - 20:08
UEFA İcraiyyə Komitəsi Rusiyanın gənclər yığmalarına beynəlxalq yarışlarda iştirak icazəsi verib.
Apasport.az saytı xəbər verir ki, qitənin bir çox federasiyaları bu qərara qarşı çıxıblar.
Danimarka Futbol İttifaqı Rusiya yığması ilə oynamağa qarşıdır. İttifaqın prezidenti bu barədə açıqlama verib: “Yaşından asılı olmayaraq Danimarka yığması Rusiya ilə oyunlarda iştirak etməyəcək. Danimarka Futbol İttifaqının qərarı dəyişməz qalır”.
Qeyd edək ki, artıq İsveç, Polşa, Litva və Latviya federasiyaları da Rusiya komandaları ilə oynamaqdan imtina ediblər.
- “Çelsi” və “Nyukasl”ın ortaq hədəfi
- Türkiyə Olimpiya Komitəsinin vitse-prezidenti: Azərbaycanın idman sahəsindəki uğuru məni qürurlandırır
- Beynəlxalq Həndbol Federasiyasının yenilənmiş oyun qaydaları Azərbaycan dilində nəşr olunub
- Millimiz İsveç yığmasına qarşı
- "Tuluza" tarixində ilk dəfə titul qazandı
0
0