"Barselona" Levandovskinin gələcəyi ilə bağlı qərar verib
07.10.2024 - 10:57
"Barselona"nın hücumçusu Robert Levandovski mövsümün əvvəlində inamlı oyun nümayiş etdirib.
Apasport.az xəbər verir ki, 36 yaşlı futbolçu bu mövsüm keçirdiyi 10 matçda 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
Polşalının performansından razı olan klub rəhbərliyi növbəti mövsüm üçün əsas hücumçu almayacaq.
Kataloniya klubu ilə Levandovskinin müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Futbolçu 2022-ci ilin yayında "Bavariya"dan transfer olunduqdan sonra "Barselona"da çıxış edir.
- 10 medal dəstinin sahibi müəyyənləşdi
- Alperen Şengün NBA tarixinə düşüb
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
- Bu klublara avrokuboklarda iştirak üçün lisenziya verilib
- “Olimpiakos”dan UEFA-ya etiraz: Bir dəqiqəlik sükuta əməl olunmayacaq
0
0