Avropa nəhənglərindən türkiyəli futbolçuya təklif
06.04.2023 - 12:38
Türkiyəli futbolçu Efe Sarıkaya Avropanın aparıcı klublarının radarına düşüb.
Apasport.az saytı xəbər verir ki, 17 yaşı olan gənc stoper üçün artıq 3 qitə nəhəngi rəsmi təklif göndərib.
I Liqada “Altay”ın şərəfini qoruyan Sarıkayanı Madrid “Atletiko”su, “Mançester Siti” və “Sevilya” öz heyətində görmək istəyir.
Qeyd edək ki, bu mövsümdən İzmir təmsilçisinin əsas heyətinə cəlb edilən Türkiyə millisinin aşağı yaş qrupunun futbolçusu 22 matçda oynayıb.
- “Mançester Yunayted” Sanço ilə yollarını ayıracaq
- Şahin Şahniyarov: “Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm”
- "İmişli" 2 illik gətirdiyi futbolçuyla 1 ayda sağollaşdı
- “Sərhədçi”nin baş məşqçisi: “Bütün oyunçuların motivasiyası yüksəkdir"
- Deşam ardıcıl 2 mundial finalına komanda çıxaran 4-cü məşqçi oldu
0
0