Avropa oyunu öncəsi "Fənərbaxça"da ciddi itkilər
12.03.2024 - 22:50
UEFA Konfrans Liqası 1/8 final mərhələsinin cavab matçı çərçivəsində "Fənərbaxça" öz meydanında "Yunion Sent-Jilluaz"ı qəbul edəcək.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.
Mərkəz müdafiəçiləri Rodriqo Bekao, Çağlar Söyüncü və Leonardo Bonuççi zədəlidir. Müalicəsi davam edən Coşua Kinq də komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, "Fənərbaxça" - "Yunion Sent-Jilluaz" qarşılaşması 14 mart tarixində Bakı vaxtilə saat 21:45-də baş tutacaq.
Komandalar arasında Belçikada keçirilən ilk oyun Türkiyə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
- “Dortmund”un yarımmüdafiəçisi Türkiyə nəhənglərinin radarında
- Samir Abasov: "Bura şikayət etməyə gəlməmişəm"
- Olimpiadaya yollanacaq media nümayəndələri ilə görüş keçirilib
- Qurban Qurbanov: "Qol epizodlarından istifadə edə bilmiriksə, deməli fikir başqa yerdədir"
- İranda ilk dəfə qadın ədalət qoruyucusu hakimlər briqadasına daxil edilib
0
0