İspaniya La Liqasının “Kadis” – “Barselona” oyunu dayandırılıb.
Apasport.az saytının məlumatına görə, buna azarkeşlərdən birinin durumu səbəb olub.
Görüşün son 10 dəqiqəsində yan xəttə yaxınlaşan referi tribunadakı yaşlı fanatın halının pisləşdiyi üçün görüşü dayandırıb. Ürəyində problem yaranan tamaşaçıya yardım göstərilməkdə davam edir. “Kadis”in qapıçısı ona yardım məqsədilə defibrilyator da verib.
Oyun dayandıqdan sonra futbolçular meydanın mərkəzində yekun qərarı gözləyib. 102-ci dəqiqədə isə soyunub-geyinmə otağına yollanıb. Matçın davam etdirilməməsi ehtimalı da var.
Qeyd edək ki, oyun dayandırılan vaxt “Barselona” 2:0 hesabı ilə öndə idi.
- “Mançester Siti” ÇL tarixinə düşdü
- Qurban Qurbanov: "Lion" böyük klubdur, amma bizim Avropada böyük təcrübəmiz var"
- Millimizin sabiq üzvündən UWW-yə tənqid: "Oğul və qızlarımızı itiririk..."
- Şotlandiya millisinin sabiq futbolçusu: “6 ay ömrüm qalıb”
- "Real Madrid"in ulduzu üçün inanılmaz təklif: 1 milyard avro