“Fənərbaxça”nın prezidentliyə namizədi Aziz Yıldırım 6-7 iyun tarixlərində keçiriləcək prezident seçkiləri öncəsi bir sıra açıqlamalar verib.
Apasport.az xəbər verir ki, o, prezidentliyə digər namizəd olan Hakan Safiyə birləşmək təklifi edib:
“Onlar bizim rəqibimiz deyil. Bir "Fənərbaxça" azarkeşi başqa bir "Fənərbaxça" azarkeşinə rəqib ola bilməz. Bu klub 120 illik tarixi ərzində bir çox prezident görüb. Mən bu 120 ilin yarısına töhfə vermişəm və hər zaman özümə baxanda yalnız "Fənərbaxça"nı görmüşəm. Buradan Ali Koç və Hakan Safiyə səslənirəm: gəlin hamımız bir araya gələk və "Fənərbaxça"nı çempionluğa aparaq”.
- Yunus Akgün: "Qalatasaray"ın Parlayan Ulduzu
- Bəxtiyar Musayev: “Sabah” “Qarabağ”a rəqib deyil, “Neftçi” isə...” - MÜSAHİBƏ
- Super Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ
- Boksçularımız Gürcüstanda keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar
- “Qalatasaray”ın sabiq futbolçusunun yeni klubu bəlli oldu