“Barsa” İspaniya millisinin üzvü ilə müqavilə yenilədi
30.01.2025 - 21:31
![“Barsa” İspaniya millisinin üzvü ilə müqavilə yenilədi](https://apasport.az/storage/news/2025/january/30/big/679bb782b1e6d679bb782b1e6e1738258306679bb782b1e6b679bb782b1e6c.jpeg)
İspaniya La Liqası komandalarından "Barselona" Pedri ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, tərəflər arasında razılaşmaya əsasən, yarımmüdafiəçi 2030-cu ilə kimi kataloniyalıların şərəfini qoruyacaq.
Xatırladaq ki, 22 yaşlı futbolçu 2019-cu ildə “Las Palmas”dan 23 milyon avro qarşılığında transfer edilib.
Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm “Barsa”nın heyətində çıxış etdiyi 32 rəsmi qarşılaşmada 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0