“Sevilya”nın müdafiəçisi Jül Kunde “Barselona”dan təklif gözləyir.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu bununla bağlı Əndəlüs klubunun rəhbərliyi ilə də söhbət edib.
O, karyerasını Kataloniya klubunda davam etdirməkdə maraqlıdır. Lakin La Liqa təmsilçisinin maddi durumunun qeyri-müəyyən olması Fransa millisinin üzvünün fikrini dəyişə bilər. Kunde “Barsa”nı çox gözləmək fikrində deyil. Əgər “Çelsi” onlardan cəld tərpənərək danışıq aparsa, 23 yaşlı arxa xətt oyunçusu İngiltərəyə köçməyə razılıq verəcək.
Qeyd edək ki, Jül Kunde “Sevilya”ya 2019-cu ildə “Bordo”dan keçib.
- Niderland çempionu: “Ayaks”la "Qarabağ" yerinə "Qəbələ" oynasaydı, matçı izləyərdim"
- Roman Qriqorçuk "Neftçi"nin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın prezidenti Avropa Liqasının püşkatma mərasimində
- "Zalsburq" və "Brayton"un sabiq futbolçusu infarkt keçirdi
- Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib - FOTO