"Barselona" 22 yaşlı futbolçusunu göndərib
06.07.2025 - 21:50

“Barselona”nın futbolçusu Pablo Torre karyerasını “Malyorka”da davam etdirə bilər.
Apasport.az xəbər verir ki, La Liqa klubu 22 yaşlı yarımmüdafiəçinin transferi üçün “Barselona” ilə anlaşıb.
Yaxın günlərdə transferin rəsmən açıqlanması gözlənilir.
Torre başa çatan mövsümdə 16 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.
0
0