“Barselona” Dembele ilə anlaşır
10.07.2022 - 21:30
“Barselona” yarımmüdafiəçi Usman Dembele ilə danışıqları yekunlaşdırmaq üzrədir.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu Fransa millisinin üzvü ilə anlaşmağa yaxındır.
Kataloniyalılar 25 yaşlı ön xətt oyunçusunun meneceri ilə sözləşmənin yekun detallarını müzakirə edirlər. “Barselona” Dembele ilə yeni sözləşmə imzalandığını gələn həftənin ortalarında açıqlamağı planlaşdırır. Hazırda azad agent olan fransalının maaşının 40 faiz azaldılması, müqavilə müddətinin 2 il olması gözlənilir.
Qeyd edək ki, Usmen Dembele başda PSJ olmaqla, bir neçə klubun gündəmindədir.
- Voyislav Stankoviç: "Neftçi"nin fasiləsindən sonra necə olacağını bilmirəm” - MÜSAHİBƏ
- Emin Mahmudov: “Mənə ikinci dərəcəli futbolçu kimi baxırlar”
- AFFA onu da milliləşdirir - Klub rəsmisi təsdiqlədi
- “Mançester Siti”ni Qvardioladan sonra o çalışdıracaq
- Qurban Qurbanov “Barselona”nın düşərgəsini ziyarət edib
0
0