“Barselona” Fatini ingiltərəli ilə dəyişmək istəyir
24.12.2024 - 14:38
La Liqa nəhənglərindən “Barselona” “Mançester Yunayted”in hücumçusu Markus Reşfordla maraqlanır.
Apasport.az xəbər verir ki, kataloniyalılar ispaniyalı vinger Ansu Fatini də ingiltərəli oyunçu ilə dəyişmək istəyirlər.
Daha əvvəl “qırmızı şeytanlar”ın qış "transfer pəncərəsi"ndə Reşfordla ayrılmağa hazır olduğu bildirilirdi.
27 yaşlı forvard cari mövsümdə “Mançester Yunayetd”in heyətində 24 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
- 40-cı qış ölkə çempionatında medallar sahibini tapdı
- La Liqa klubları uğursuzluqla üzləşiblər
- Dövlət başçısı: İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir
- “Araz-Naxçıvan”ın ÇL üçün heyəti Bəlli oldu
- Zaur Bayramov: "Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir"
0
0