“Barselona” “Lester”in futbolçusuna göz dikdi
12.10.2022 - 00:43
“Lester”in yarımmüdafiəçisi Yuri Tilemans İspaniyaya köçə bilər.
Apasport.az saytının məlumatına görə, “Barselona” 25 yaşlı orta sahə oyunçusunun xidmətində maraqlıdır.
Kataloniya klubu Belçika millisinin üzvünü mövsümün sonunda azad agent kimi heyətinə cəlb etməyi planlaşdırır. Çünki Tilemansın “Lester”lə sözləşməsi gələn ilin yayına qədərdir. İspanlar indidən futbolçu ilə danışığa başlayıb.
Qeyd edək ki, Yuri Tilemans bu mövsüm Premyer Liqada keçirdiyi 9 oyunda 1 qol, 1 assistlə yadda qalıb.
- Portuqaliya klubunun yarımmüdafiəçisi "Qarabağ"da – SON DƏQİQƏ
- Samir Abasova 3 oyun, "Sumqayıt"a 1000 AZN cəza
- U-17 Avropa çempionatında iştirak edəcək güləşçilərin adları açıqlanıb
- DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələndi
- Ceyhun Sultanov: “Şəffaflıqdan söhbət gedirsə, bunu etməlidirlər” - MÜSAHİBƏ
0
0