“Barselona” “Mançester Yunayted”in futbolçusuna elçi düşdü
05.12.2023 - 12:39
“Barselona” heyətinə yeni yarımmüdafiəçi qatmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, İspaniya nəhəngi Donni van de Bekin xidmətində maraqlıdır.
“Mançester Yunayted”in niderlandlı yarımmüdafiəçisi zədələnən Qavini əvəz edə bilər. Donninin özü də İngiltərə klubundan ayrılmaq arzusundadır. Onun xidmətində “Yuventus” da maraqlıdır.
Qeyd edək ki, van de Bek 2020-ci ildən Mançester təmsilçisində çıxış edir.
- Azərbaycanın bu klubu bütün yarışlardan uzaqlaşdırılıb
- Portuqaliya millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb
- “Mingəçevir” və "Şamaxı" qələbə qazandı
- De Xea "Mançester Yunayted"də maaşının azaldılmasına razıdır
- Qismət Alıyev: "Oyunlar göstərir ki, seçmə mərhələlərdə daha yaxşısını edə bilərik" - Müsahibə
0
0