“Barselona”dan 4,5 milyonluq transfer
17.07.2023 - 16:06
“Barselona” heyətinə yeni futbolçu qatmağa yaxındır.
Apasport.az saytının məlumatına görə, “Jirona”nın futbolçusu Oriol Romeunun Katloniya klubuna keçidi yaxın müddətdə rəsmiləşəcək.
Tibbi müayinədən keçən 31 yaşlı yarımmüdafiəçi bu həftə məşqlərə qoşulacaq. Barselonalılar onun üçün 4,5 milyon avro və futbolçusu Pablo Torreni verib. 20 yaşlı yarımmüdafiəçi bir illik icarə əsasında “Jirona”da oynayacaq.
Qeyd edək ki, Romeu 2010-11-ci illərdə də “Barselona”da forma geyinib.
- “Mançester Yunayted” müdafiəçisini icarəyə verdi
- Şahin Diniyev: “0:4 hesablı məğlubiyyət “Neftçi” üçün dönüş nöqtəsi ola bilər” - MÜSAHİBƏ
- Ten Hax: "Ronaldo məsələsinə enerji sərf etmək istəmirəm"
- “Tottenhem”, “Çelsi” və “Mançester Yunayted” məğlub olub
- Orxan Əliyev: "Avrokubokdan danışmaq üçün hələ tezdir" - Müsahibə
0
0