“Barselona”lı “Real”la oyunu buraxacaq - SƏBƏB
24.03.2023 - 15:13
![“Barselona”lı “Real”la oyunu buraxacaq - SƏBƏB](https://apasport.az/storage/news/2023/march/24/big/641d662710267641d6627102681679648295641d662710265641d662710266.png)
"Barselona" ciddi itki ilə üzləşib.
Apasport.az saytı xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Andreas Kristensen zədələnib.
Danimarka millisinin futbolçusu AVRO-2024-ün seçmə mərhələsinin Finlandiya ilə oyununda (3:1) sıradan çıxıb. 26 yaşlı futbolçunun sol baldır əzələsi yırtılıb. Həkimlərin rəyinə əsasən o, 3-4 həftə yaşıl meydanlara çıxa bilməyəcək. Bu səbəbdən də “Barselona”lı "Real"la qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, matç aprelin 5-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
0
0