"Barselona"nın qapıçısı məşqlərə başlayıb
19.10.2024 - 15:16

La Liqa nəhənglərindən "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen diz qapağı vətərinin ciddi zədələnməsindən sonra bərpa prosesi çərçivəsində meydanda məşqlərə başlayıb.
Apasport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İspaniya çempionatının 6-cı turunda "Villarreal"la qarşılaşmada (1:5) zədələnən 32 yaşlı almaniyalı qolkiper bu mövsüm bütün turnirlərdə yeddi oyunda iştirak edib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
- Yığmamız serbiyalı baş məşqçiyə tapşırıldı
- İki güləş hakimimiz beynəlxalq kateqoriyaya sahib çıxıb
- Azərbaycan idmanından sıçrayış – GÜLƏŞÇİLƏR ÖZ AMPLUASINDA
- Blaqoya Milevski: "Azərbaycanla matçda müsbət nəticə qazanacağımıza inanırıq
- Qurban Qurbanov: “Hər qələbə bizə əlavə avrokubok təcrübəsi qazandırır”
0
0