Harri Keyn Premyer Liqa tarixinə düşdü
10.10.2022 - 12:29
“Tottenhem”in hücumçusu Harri Keyn Premyer Liqa tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Premyer Liqanın X turunda “Brayton”la matçda fərqlənərək bunu bacarıb.
London təmsilçisinin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada yeganə topa imza atan 29 yaşlı futbolçu il ərzində çempionatda 30 qolda yaxından iştirak etməklə rekorda imza atıb. O, builki görüşlərdə 21 qol, 9 məhsuldar ötürmə ilə komandasına kömək edib.
Qeyd edək ki, 9 oyunda 20 xal toplayan “Tottenhem” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
- "Fənərbaxça" ÇL-də növbəti mərhələyə yüksəldi - YENİLƏNİB
- Əvəzedicilər liqası: XIII turun təyinatları
- “Çelsi” üçün 60 milyonluq hücumçu
- "Qalatasaray"dan Gedson həmləsi: "Spartak"la danışıqlar başladı
- “Kəpəz”in legioneri: "Bu cür səhvlərə görə hakimləri cəzalandırırlar, Azərbaycanda isə..." - MÜSAHİBƏ
0
0