“Barselona”nın sabiq vitse-prezidenti dünyasını dəyişib
28.12.2025 - 18:25
“Barselona” klubunun sabiq vitse-prezidenti Karles Vilarubi vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi rəsmi sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıb.
Karles Vilarubi 1 iyul 2010-cu ildən 1 oktyabr 2017-ci ilədək “Barselona” klubunda vitse-prezident vəzifəsini icra edib.
Onun klubla bağlılığı hələ gənc yaşlarından başlayıb. Belə ki, Vilarubi vaxtilə katalon klubunun xokkey komandasında çıxış edib, daha sonra isə uzun illər idarəetmə sahəsində fəaliyyət göstərib.
0
0