"Bavariya" "Arsenal"ın ulduzunu almaq istəyir
08.04.2024 - 14:56
"Arsenal"ın yarımmüdafiəçisi Martin Odeqard karyerasını başqa klubda davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə insayder Ekrem Konurun sosial şəbəkələrdə məlumat yayıb.
Onun sözlərinə görə, norveçli yarımmüdafiəçi eyni anda bir neçə nəhəngin maraq dairəsindədir. Skandinaviyalı futbolçu ilə PSJ, "Bavariya" və "Real Madrid" maraqlanır.
“Transfermarkt” portalı futbolçunun dəyərini 95 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Martinin “Arsenal” ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.
- Millətlər Liqası: Türkiyədən qələbə, Gürcüstan məğlub oldu - YENİLƏNİB
- "Neftçi" səfərdən qələbə ilə dönür- YENİLƏNİB
- Mehdi Hüseynzadə adına stadionda işıqlandırma ilə bağlı işlər tamamlandı
- Güləş üzrə Respublika turnirinə yekun vurulub
- III MDB Oyunlarının yeddinci günü: 8 idman növü üzrə yarışlar keçiriləcək
0
0