"Bavariya" əfsanə futbolçusunun formasını əbədiləşdirib
09.12.2024 - 16:58
!["Bavariya" əfsanə futbolçusunun formasını əbədiləşdirib](https://apasport.az/storage/news/2024/december/09/big/6756e2f25ce4b6756e2f25ce4c17337474426756e2f25ce496756e2f25ce4a.jpeg)
Almaniyanın "Bavariya" klubu Frans Bekenbauerin xatirəsini əbədiləşdirmək üçün qərar verib.
Apasport.az xəbər verir ki, Münhen təmsilçisi əfsanəvi müdafiəçinin geyindiyi 5 nömrəli formanı əbədiləşdirib.
Bundan sonra komandada heç kim bu formanı geyinməyəcək.
Qeyd edək ki, Frans Bekenbauer 1945-2024-cü illərdə yaşayıb. O, yetirməsi olduğu "Bavariya"nın əsas komandasında 13 il çıxış edib.
0
0