“Bavariya”nın keçmiş üzvü vəfat edib
20.03.2025 - 13:56

Almaniya Bundesliqası təmsilçilərindən "Bavariya"nın gənclərdən ibarət komandasında çıxış etmiş 18 yaşlı futbolçu Qo Çzyasyuan vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən ay məşq sırasında ağır kəllə-beyin travması alan çinli oyunçu bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Qo Çzyasyuan 2023-cü ildə "Bavariya"nın gənc futbolçuları tapmaq və inkişaf etdirmək layihəsi olan "Bayern World Squad" proqramında iştirak edib.
- Millimiz yarımfinalda məğlub olub: Bürünc şansı davam edir
- Rauf Hüseynli: "VAR-a baxmaq üçün hakimə müraciət etdik, vecinə almadı"
- FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqladı
- Renat Dadaşova Bundesliqadan təklif - EKSKLÜZİV
- Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı
0
0