“Bavariya”nın sabiq hücumçusu Amerika klubuna keçəcək
29.11.2024 - 14:38

Kamerun millisinin və “Bavariya”nın sabiq hücumçusu Erik Çoupo-Motinq MLS-də çıxış edəcək.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Təcrübəli hücumçu “Nyu-York Red Bulz” klubunda oynayacaq.
Futbolçu tibbi müayinədən keçib. O, ABŞ klubu ilə iki illik müqaviləyə qol çəkib.
Çupo-Motinq 2024-cü ilin yayında "Bavariya"dan ayrıldıqdan sonra azad agent statusu daşıyırdı. 35 yaşlı hücumçu “Hamburq”, “Nürnberq”, “Maynts”, “Şalke”, “Stok Siti”, PSJ, “Bavariya klublarında oynayıb.
- "İnter"in keçmiş hücumçusu 2 il müddətinə futboldan uzaqlaşdırılıb
- Millimizin heyətində dəyişiklik edilib
- Taekvondoçularımız Prezident Kubokunu 12 medalla başa vurublar
- "Qalatasaray"ın sabiq futbolçusu I Liqa klubunu çalışdıracaq
- Cüdo məşqçiləri üçün təşkil olunan peşəkar inkişaf proqramı davam edir - FOTO
0
0