"Bayern" Noyerin yerinə qapıçı transfer etdi
18.01.2023 - 22:50
!["Bayern" Noyerin yerinə qapıçı transfer etdi](https://apasport.az/storage/news/2023/january/18/big/63c84910974d363c84910974d4167407028863c84910974d063c84910974d1.jpg)
"Bayern" Münxenqladbax "Borusiya"sı ilə qapıçı Yann Zomerin transferi məsələsində razılığa gəlib.
Apasport.az xəbər verir ki, futbolçu bu gecə tibbi baxışdan keçib.
İsveçrə millisinin 34 yaşlı qapıçısının transferi üçün ilkin olaraq 8 milyon + 1,5 milyon avro ödənildiyi bildirilir. Müqavilə 2025-ci ilin iyununadək bağlanılacaq.
Qeyd edək ki, "Bayern"in əsas qapıçısı Manuel Noyer dünya çempionatından sonra dağ xizəkçiliyi zamanı zədələndiyindən, yeni qapıçıya ehtiyac duyulub.
0
0