Bellingem La Liqada mövsümün oyunçusu seçilib
29.05.2024 - 09:13
"Real Madrid"in ingilis futbolçusu Cud Bellingem İspaniya La Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.
Apasport.az xəbər verir ki, 2023-2024 mövsümünün əvvəlində "Borussiya"dan "Real Madrid"ə transfer olunan Cud Bellingem göstərdiyi performansla komandasının çempionluğunda mühüm pay sahibi olub.
20 yaşlı yarımmüdafiəçi 28 matçda 19 qol vurub, 6 məhsuldar ötürmə edib. İlk mövsümündə La Liqa çempionluğu ilə yanaşı, İspaniya Superkubokunu da qazanıb.
- Artyom Dzyuba danışıqlar aparmaq üçün Bakıya gəldi
- Fernandu Santuş bu tarixdə jurnalistlərin suallarını cavablandıracaq
- "Qaziantep" – "Fənərbaxça" matçı bu kanallarda - TV Afişa
- “Sumqayıt”dan Qazaxıstan klubuna
- Nazim Əliyev: "Azərbaycan çempionatında yüksək yerləri həmişə yerli məşqçilərimiz tutub" - MÜSAHİBƏ
0
0