"Beşiktaş" Braziliya millisinin üzvü ilə maraqlanır
02.04.2026 - 11:35
“Beşiktaş” heyətini yeni oyunçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, “qara qartallar” “Korintians”da çıxış edən Huqo Souzanı transfer etməyi planlaşdırır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, İstanbul təmsilçisi 26 yaşlı qapıçı üçün 10 milyon avroluq təklif göndərib, lakin Braziliya klubu bu məbləği qəbul etməyib.
Komanda, qolkiperi transfer etmək istəyən klubdan 13 milyon avro tələb edir.
Qeyd edək ki, Braziliya millisinin üzvü olan Souza 2025-ci ildən “Korintians”da çıxış edir.
- Üç şahmatçımız liderlər qrupunda – Avropa çempionatında
- Arçi Braun üçün 23 milyonluq bənd
- "Fənərbaxça"nın italiyalı müdafiəçisi karyerasını bitirdi
- "Qalatasaray"dan növbəti transfer bombası: Fransa klubuna rəsmi təklif göndərdilər
- AL: "Aston Villa" Fransadan, "Midtyullan" İngiltərədən qalib ayrılıb - YENİLƏNİB
0
0