“Beşiktaş” millinin futbolçusunu transfer etdi
31.01.2023 - 10:27
![“Beşiktaş” millinin futbolçusunu transfer etdi](https://apasport.az/storage/news/2023/january/31/big/63d8b4dc985bb63d8b4dc985bc167514646063d8b4dc985b963d8b4dc985ba.webp)
“Beşiktaş” “Konyaspor”da oynayan Amir Hadziahmetoviçi transfer edib.
Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi Bosniya və Herseqovina millisinin 25 yaşlı yarımmüdafiəçisini 3 milyon avroya alıb.
Müqaviləyə əsasən, “Konyaspor”a daha bir milyon avro bonus və növbəti satışdan 20% pay veriləcək.
Qeyd edək ki, 2016-cı ildən “Konyaspor”un şərəfini qoruyan Amir bu mövsüm 28 oyunda 6 qol və 4 assistlə yadda qalıb.
0
0