"Beşiktaş"da ciddi itki
30.11.2024 - 13:54

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Qabriel Paulista sıradan çıxıb.
Braziliyalı futbolçu Avropa Liqası Liqa mərhələsinin 5-ci turunun "Makkabi" ilə matçında (1:3) zədələnib. 34 yaşlı mərkəz müdafiəçisi 2,5 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Qabriel Paulista mövsümün əvvəlindən "Beşiktaş"da çıxış edir. Təcrübəli oyunçu "qara qartallar"ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Fatih Terimin komandası son 18 matçda ilk dəfə AEK-ə qalib gəlib
- Dünya çempionumuz ABŞ-da monteneqrolu ilə döyüşəcək
- Kroos karyerasını “Real”da bitirəcək
- “Sərhədçi”nin basketbolçusu: “ Birlik olub növbəti mərhələyə yüksəlməliyik”
- Gənclər və idman naziri: "Bu yarış bölgədə idmanın inkişafına kömək edəcək"
0
0