“Beşiktaş”da yeni hədəf – Yeni məşqçi Laurinteni istəyir
05.06.2026 - 19:21
“Beşiktaş” transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, İstanbul klubu “Sassuolo”nun futbolçusu Arman Laurinteni heyətinə qatmaq istəyir.
İtalyan jurnalist Nikolo Şiranın məlumatına görə, “qara qartallar” 27 yaşlı vingerin transferində maraqlıdır.
Laurintenin “Beşiktaş”ın yeni baş məşqçisi Vinçentso İtalyanonun bəyəndiyi futbolçulardan olduğu bildirilir.
Fransalı oyunçunun “Sassuolo” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Arman Laurinte 2025/2026 mövsümündə A Seriyasında 28 matçda 7 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Kazanda keçirilən beynəlxalq multi-idman oyunlarının açılış mərasimi keçirilib
- Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə finalçılar bəlli olub
- "Kəpəz" daha bir futbolçu ilə vidalaşıb
- “Qarabağ”ın gözü millimizin hücumçusunda
- Lionel Messi Kimdir? Futbol Dünyasının Əfsanəsinin Həyatı, Karyerası
0
0