“Beşiktaş”dan yeni transfer
04.09.2026 - 20:09
“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda “Alanyaspor”un futbolçusu Ümit Akdağı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi 22 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Rumıniya əsilli futbolçu ötən mövsüm “Alanyaspor”un heyətində bütün turnirlər daxil olmaqla meydana çıxdığı 36 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
0
0