PSJ-də ciddi itki
05.11.2025 - 21:33
Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Liqa 1 nəhənginin aparıcı üzvlərindən olan Əşrəf Hakimi sıradan çıxıb.
Mərakeşli sağ cinah müdafiəçisi UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turunun "Bavariya" ilə matçında (1:2) sol ayağından zədə alıb. 27 yaşlı futbolçu təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Mərakeş millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”
- “Çelsi”nin futbolçuları heyətə döndü
- Zaur Həşimov: "Zirə" Konfrans Liqasının ilk matçında layiqli qələbə qazandı" - Müsahibə
- “Qalatasaray”dan Davinson Sançezlə bağlı açıqlama və Ndombele qərarı
- Laporta “Real”ı hakimlərə təsir göstərməkdə ittiham edir
0
0