Bəxtiyarlı "Tuzlaspor" qələbə qazandı
11.11.2023 - 23:36
![Bəxtiyarlı "Tuzlaspor" qələbə qazandı](https://apasport.az/storage/news/2023/november/12/big/654fea48667c4654fea48667c51699736136654fea48667c2654fea48667c3.jpg)
Türkiyənin 1-ci liqasında XII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin komandası “Tuzlaspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Girəsunspor”la qarşılaşıb və 3:1 hesablı qələbəyə sevinib.
Həsənalızadə bu oyunda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Tuzlaspor” hesabındakı 10 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.
0
0