"Boatenq problemi" həllini tapdı
03.11.2023 - 14:17
!["Boatenq problemi" həllini tapdı](https://apasport.az/storage/news/2023/november/03/big/65449af042fc465449af042fc5169899492865449af042fc165449af042fc3.png)
“Bavariya” Jerom Boatenqlə müqavilə imzalayacaq.
Apasport.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiə xəttində ciddi problemlər yaranıb.
Dayot Upamekanonun ardından Matteys de Liqtın 6 həftəlik sıradan çıxması arxa xətdə ciddi boşluq yaradıb. Almaniya nəhəngi bu problemi aradan qaldırmaq üçün 35 yaşlı oyunçu ilə qısamüddətli müqavilə imzalamağı planlaşdırır.
Qeyd edək ki, almaniyalı futbolçu 2011-2021-ci illərdə də “Bavariya”nın heyətində çıxış edib.
0
0