Brahim Diaz "Real Madrid"lə bağlı qərar verib
03.07.2024 - 17:35

"Real Madrid"in hücumameyilli yarımmüdafiəçisi Brahim Diaz gələcəyi ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, futbolçu növbəti mövsümdə də “Real”da çıxış edəcək.
24 yaşlı futbolçu üçün İngiltərə, İtaliya və Səudiyyə Ərəbistanından çoxsaylı təkliflər var idi.
Bununla belə, mərakeşli futbolçu ötən mövsümlə müqayisədə növbəti sezonda “Real Madrid”də daha çox forma şansı qazanacağına əmindir. Kilian Mbappe və Endrikin “kral klubu”na qoşulması onu narahat etmir.
Qeyd edək ki, Brahim Diazın “Real Madrid”lə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
- Emin Əmrullayev FIBA-nın Bəhreyndəki Konqresində iştirak edir
- Azərbaycan yığması FİFA reytinqində 3 pillə geriləyəcək
- Fərid Yusifli və İsmayıl Zülfüqarlı "Neftçi"yə qarşı oynayacaq? - Açıqlama
- Samir Abasov: “ Ümid edirəm ki, danışdığımız oyunçuları gətirərik”
- Jorje Jesusun komandası rekorda imza attı
0
0