“Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Birmingem təmsilçisi “Yuventus”un yarımmüdafiəçisi Duqlas Luizi icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 27 yaşlı braziliyalı mövsümün sonuna qədər 2 milyon avro qarşılığında “Aston Villa”nın şərəfini qoruyacaq.
Müqavilədə futbolçunun 25 milyon avroya satınalma hüququ, həmçinin müəyyən şərtlər yerinə yetirildiyi halda 3,5 milyon avro məbləğində bonuslar nəzərdə tutulub.
Qeyd edək ki, Braziliya millisinin üzvü cari mövsümün ilk yarısını icarə əsasında “Nottingham Forest”də keçirib və Premyer Liqada 8 matçda iştirak edib.
- Bakıda keçiriləcək Millətlər Liqası oyunlarının təqvimi açıqlanıb
- Elvin Əliyev: “Mənə 200 min verirlər ki, oyun alqı-satqısında iştirak edim?” - OFSAYD
- "Zirə"nin iki futbolçusu milliyə dəvət alıb
- Taekvondo millimizdən 3 medal
- Faiq Qarayev: "Xaricdə oynayan gənc idmançılarımızı milliyə qaytarmalıyıq"