Bundesliqada növbəti istefa
03.11.2023 - 11:51
Almaniya Bundesliqasında daha bir baş məşqçi istefası reallaşıb.
Apasport.az xəbər verir ki, "Maynts" futbol klubu Bo Svenssonun istefa verdiyini açıqlayıb.
44 yaşlı danimarkalı mütəxəssis istefa qərarını klub rəhbərliyi apardığı görüşdən sonra verib. Komandanı qarşıdakı oyunlara isə alman Yan Sievert çıxaracaq.
Qeyd edək ki, Svensson 2021-ci ilin yanvarından kluba rəhbərlik edirdi. Yeni mövsümə uğursuz start verən “Maynts” ilk 9 turdan sonra qələbə üzünə həsrət qalıb.
- "Fənərbaxça" ispaniyalı üçün "Roma" ilə danışıqlara başlayıb
- 4 qat Fransa çempionu vəfat edib
- Murat Yakın: "Avropa çempionatını başı uca tərk edirik"
- Dünən gəldi, bu gün zədələndi: Türk klubunda şanssızlıq
- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"
0
0