Bundesliqanı Premyer Liqaya dəyişə bilər
23.04.2025 - 23:54
Almaniya Bundesliqası təmsilçilərindən "Bavariya"nın üzvü Kinqsli Koman karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Arsenal" vingerlə yaxından maraqlanır.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Bavyera təmsilçisi 28 yaşlı oyunçu üçün 50 milyon avro tələb edir.
Xatırladaq ki, Koman 2015-ci ildən "Bavariya"nın şərəfini qoruyur.
Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində iştirak etdiyi 37 matçda 7 qol, 4 assistlə yadda qalıb.
- Ayxan Abbasov: "Top bizdə olanda dərhal saxlanılır, ancaq rəqibdə olanda belə qərar yox idi"
- PSJ-nin 59 azarkeşi həbs edilib
- Yusif Nəbiyev: "Yığmanın bu durumunda bütün azərbaycanlı futbolçuların günahı var"
- Qusar derbisində “lotereya”: “Qaradağ Lökbatan”ın rəqibi dəqiqləşdi
- ABL: “Sabah”dan inamlı qələbə
0
0