Burak Yılmaz millidə
14.11.2023 - 17:38
“Beşiktaş”dan ayrılan Burak Yılmazın yeni iş yeri bəlli olub.
Apasport.az xəbər verir ki, o, Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montellanın köməkçisi kimi fəaliyyət göstərəcək.
Yılmaz Şenöl Günəşin istefasından sonra “qara qartallar”da baş məşqçi postunu tutub. Gənc mütəxəssis göstərdiyi uğursuz nəticələrdən sonra klubdan ayrılıb.
Qeyd edək ki, “Beşiktaş” Burak Yılmazın rəhbərliyi altında çıxdığı 6 matçda 2 qələbə və 4 məğlubiyyətlə yadda qalıb.
- Yunis Hüseynov: “Özümü milli komandada görmək istəyirəm” - Eksklüziv
- İtaliya klubunun baş məşqçisi istefa verdi
- “Mançester Yunayted”in baş məşqçisi gülüş obyekti oldu
- Qurban Qurbanov: "Bakıda daha səliqəli və intizamlı oynamalıyıq"
- Elvin Cəfərquliyev: "Çox aqressiv olmağım komandaya baha başa gəlir"
0
0