![“Cəlilabad” məğlub oldu](https://apasport.az/storage/news/2024/april/13/big/661a939250495661a9392504961713017746661a939250493661a939250494.jpg)
Bu gün Azərbaycan Basketbol Liqasında XVII turun növbəti oyunu keçirilib.
Apasport.az xəbər verir ki, günün yeganə görüşü Cəlilabadda baş tutub.
NTD-İNDİQO şəhərin eyniadlı komandasının qonağı olub. 3 oyundur uduzan meydan sahibləri uğursuz seriyaya son qoymağa çalışsalar da, bunu bacarmayıblar. Tahir Baxşıyevin komandası 21 xal fərqilə qalib gəlib.
Qeyd edək ki, turun ilk matçlarında "Sərhədçi" "Xəzri"ni 90:70, "Xırdalan" "Neftçi"ni 114:109, “Sabah” “Sumqayıt”ı 93:73 hesabı ilə məğlub edib. Tura sabah "Şəki" - "Gəncə" görüşü ilə yekun vurulacaq.
XVII tur
14:00. “Cəlilabad” – NTD-İNDİQO - 87:108 (25:25, 20:27, 26:28, 16:28)
Cəlilabad Olimpiya İdman Kompleksi