Çalhanoğludan yeni rekord
13.11.2023 - 15:51
![Çalhanoğludan yeni rekord](https://apasport.az/storage/news/2023/november/13/big/655200dc5d0a3655200dc5d0a41699872988655200dc5d0a1655200dc5d0a2.png)
Hakan Çalhanoğlu yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, “İnter”in 29 yaşlı yarımmüdafiəçisi “Frosinone” ilə qarşılaşmada fərqlənməklə adını Türkiyə futbolunun tarixinə yazıb.
İtaliya A seriyasında sayca 37-ci qolunu vuran Türkiyə millisinin kapitanı bununla da Şükrü Gülesinin rekordunu qırıb. 1977-ci ildə vəfat edən Gülesin “Latsio” və “Palermo” forması ilə çıxdığı 79 oyunda 36 qol vurub.
Qeyd edək ki, Çalhanoğlu “İnter”dən başqa İtaliyada “Milan” klubunun da formasını geyinib.
0
0