Caner Erkin “Sakaryaspor”da
01.07.2025 - 16:28

Türkiyə millisinin sabiq üzvü Caner Erkinin yeni klubu müəyyənləşib.
Apasport.az xəbər verir ki, təcrübəli müdafiəçi karyerasını Türkiyə 1-ci Liqa təmsilçisi “Sakaryaspor”da davam etdirəcək.
Klub 35 yaşlı futbolçunu heyətinə qatıb. Tərəflər arasında 2025/2026 mövsümünü əhatə edən müqavilə imzalanıb.
Caner Erkin son olaraq “Eyüpspor” klubunda çıxış edib.
Daha əvvəl isə o, “Fənərbaxça”, “Beşiktaş”, “Qalatasaray”, İtaliyanın “İnter”, Rusiyanın ÇSKA klublarının formasını geyinib. Sol cinah müdafiəçisi Türkiyə millisində 60-dan çox oyun keçirib.
0
0