![Çeferinin kreslo sevgisi](https://apasport.az/storage/news/2023/december/11/big/6576ff4cab0926576ff4cab09317022974206576ff4cab0906576ff4cab091.jpg)
Aleksander Çeferin UEFA prezidenti postunda uzun müddət qalmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, 2016-cı ildən qitə futbol qurumuna rəhbərlik edən 56 yaşlı Çeferinin səlahiyyət müddəti 2027-ci ildə bitəcək.
Qaydalara əsasən bir nəfər yalnız 3 seçkidə sözügedən vəzifəni icra edə bilər. 2019 və 2023-cü illərdə təkrar bu posta seçilmiş futbol funksioneri qurumdakı səlahiyyətlərini davam etdirmək üçün qanunlarda düzəlişlər etməyi təklif edib.
Məlumatda UEFA üzvlərinin 2024-cü il fevralın 8-də Parisdə keçiriləcək konqresdə bu məsləni müzakirə edəcəyi və dəyişikliklər üçün səsvermə keçiriləcəyi bildirilir.